Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə 11–13 noyabr 2025-ci il tarixlərində Naxçıvan şəhərində gənclərin natiqlik və ünsiyyət bacarıqlarının artırılması, debat mədəniyyətinin inkişafına yönəlmiş intensiv təlim proqramı həyata keçirilib.
Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunda keçirilən təlimlərə 300-dən çox gənc qoşulub. Proqram çərçivəsində iştirakçılara debatın “PD” formatı, çıxışın hazırlanması, arqumentləşdirmə və əsaslandırma, doğru sualın verilməsi, mövzunun araşdırılması və təhlili kimi mövzularda nəzəri və praktiki biliklər verilib. Təlimlərdən sonra nümunəvi şou-debat təşkil olunub.